Bu gün:

Filarmoniyada Vətən müharibəsindəki Zəfərin 5-ci ildönümünə həsr olunmuş konsert keçirilib


24media.az Azərtac-a istinadən bildirir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 44 günlük Vətən müharibəsindəki Zəfərin 5-ci ildönümünə həsr olunmuş yubiley konserti keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, eləcə də Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi altında Azərbaycan Dövlət Xor kapellası çıxış edib.

Turqut Ansari

Paylaş
Şərh əlavə et