Bu gün:

Premyer Liqadan Sinqoya sürpriz təklif


"Qalatasaray"ın mövsümün əvvəlində Fransa Liqa 1 təmsilçisi "Monako"dan 30 milyon avroya transfer etdiyi Vilfrid Sinqo ilə bağlı maraqlı vəziyyət yaranıb. Mövsüm ərzində sərgilədiyi əla performans və fiziki gücü ilə diqqət mərkəzinə düşən Kot-d’İvuardan olan müdafiəçi Premyer Liqa klubunun maraq dairəsinə düşüb.

Türkiyə mətbuatının məlumatına görə, İngiltərə təmsilçisi "Kristal Palas" 24 yaşlı futbolçuya ciddi şəkildə maraq göstərir. Sinqonun çıxışını izləmək üçün Kristal Palas skautları Amsterdama gedərək "Ayaks"la oyunu izləyiblər.

Xəbərdə qeyd olunur ki, "Kristal Palas" rəhbərliyi yaxın həftələrdə Sinqonun transferi ilə bağlı rəsmi addımlar atmağı planlaşdırır. Əgər danışıqlar müsbət nəticələnərsə, Sinqo qış transfer pəncərəsində Premyer Liqada çıxış edən növbəti "Qalatasaray"lı oyunçu ola bilər.

https://www.haberler.com/spor/singo-ya-premier-lig-den-surpriz-talip-19233463-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et