Bu gün:

Rusiyanın hücumları Ukraynada altı nəfərin ölümünə səbəb olub


Rusiyanın gecə ərzində Ukraynaya raket və dron hücumları azı altı nəfərin ölümünə səbəb olub. Dneproda yaşayış binasına düşən zərbə iki nəfəri öldürüb, 12 nəfəri yaralayıb. Zaporojyedə də üç nəfər həlak olub. Hücumlar ümumilikdə 25 bölgəni əhatə edib.

Enerji infrastrukturuna dəyən ziyan ölkənin bir çox hissəsini işıqsız və istisiz qoyub. Səlahiyyətlilər bildirib ki, Poltava, Xarkiv və Kiyev bölgələrində əsas obyektlər zədələnib və bərpa işləri davam etdirilib.


Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 450-dən çox dron və 45 raket buraxdığını açıqlayıb. Onların məlumatına görə, 406 dron və doqquz raket məhv edilib. Bir neçə bölgədə elektrik kəsintisi yaranıb, lakin su və enerji təchizatı generatorlarla təmin edilib.


Moskva qışdan əvvəl enerji obyektlərini hədəf aldığını iddia edib. Zelenski isə bu hücumların Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb etdiyini bildirib. Onun sözlərinə görə, enerji infrastrukturu vurulduqca Rusiyanın enerji sektoruna istisnasız təzyiq artırılmalıdır.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et