Bu gün:

“Fung-Wong” Filippin dənizinə yaxınlaşır


“Fung-Wong” adlı güclü tropik fırtına bu gün super tufan səviyyəsinə çatmaq üzrədir.Hazırda küləyin sürəti saatda 220 kilometrə çatır və tufan yaxın iki gün ərzində Filippinin şimal hissəsinə, daha sonra isə Tayvan istiqamətinə yönələcəyi gözlənilir.

Filippin hökuməti sahil şəhərlərində təxliyə planlarını işə salıb, məktəblər və limanlar müvəqqəti bağlanıb. Xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri nəticəsində bölgədə belə güclü tufanların sayı son illərdə artıb. Bu hadisə həm də regional ekoloji və humanitar təhlükələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et