Rusiya Federasiyasının Səhiyyə Nazirliyinə ictimai iaşə obyektlərində ev heyvanlarının olmasını qadağan etmək və sanitariya normalarını dəyişmək təşəbbüsü daxil olub. Bu təkliflə Dövlət Dumasının deputatı Nina Ostanina çıxış edib.

Deputat Nina Ostaninanın Səhiyyə naziri Mixail Muraşko adına ünvanladığı müraciətdə deyilir ki, “Xahiş edirik, qüvvədə olan qaydaların mətninə dəyişiklik edilməsini tapşırasınız və bu bəndi aşağıdakı kimi təqdim edəsiniz: ''İctimai iaşə müəssisələrinin binalarında həşəratlara, gəmiricilərə, sinantrop quşlara və heyvanlara yol verilməməlidir”.
Hazırkı sanitariya qaydaları ziyarətçilərin ev heyvanları ilə birlikdə kafe və restoranlara girməsinə icazə verir. Deputatın fikrincə, bu, digər qonaqların maraqlarını nəzərə almır.
Ostanina həmçinin bu qadağanın ticarət obyektlərinə də şamil olunmasını təklif edib. O vurğulayıb ki, bu tədbirlər sanitar-epidemioloji təhlükəsizliyi artıracaq və vətəndaşların sağlamlığının qorunmasına kömək edəcək.
Mənbə: life.ru
Tərcümə etdi: Aysel Mehtizadə
