Bu gün:

"Nvidia" rəhbəri: "Blackwell" çiplərinə güclü tələbat var


"Nvidia"nın baş direktoru Jensen Huang "Blackwell" adlı süni intellekt çiplərinə qlobal səviyyədə böyük maraq olduğunu bildirib.

Tayvanda keçirilən tədbirdə o deyib ki, TSMC şirkəti "Nvidia"nın əsas tərəfdaşıdır və uğurun böyük hissəsi onlara məxsusdur. Huang həmçinin Samsung, SK Hynix və Micron kimi yaddaş istehsalçılarının da vacib rol oynadığını vurğulayıb. O əlavə edib ki, hazırda Çin bazarına satış planı yoxdur.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et