Muş Alparslan Universiteti nəzdindəki Antropologiya laboratoriyasında Malazgirt rayonunda aparılan qazıntılar zamanı tapılan insan skeletlərini araşdırılır. Cins, xəstəlik, ölüm səbəbləri və onların ölüm dövrü ilə bağlı tədqiqatlar aparılır.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin dəstəyi, Ahlat Muzey İdarəsi və Muş Alparslan Universitetinin tərəfdaşlığı ilə 2020-ci ildə başlayan Malazgirt Döyüş Meydanının Aşkarlanması, Tarixi və Arxeoloji Səth Tədqiqatı Layihəsi çərçivəsində aparılan qazıntılar zamanı 72 insan skeleti aşkar edilib. Mütəxəssislər tərəfindən qeydə alınan sümüklər Səlcuq və Malazgirt Tətbiq və Tədqiqat Mərkəzindəki Antropologiya laboratoriyasına aparılıb.
Laboratoriyadakı mütəxəssislər ölüm dövrünü, ölüm səbəbini, cinsini və sümüklərdə iz buraxan hər hansı bir xəstəliyi araşdırmaq üçün skeletlər üzərində tədqiqatlara başlayıblar. Mütəxəssislər həmçinin sümüklərdə ölümə səbəb ola biləcək deşmə və ya kəsmə alətlərinin izləri kimi müharibə ilə əlaqəli dəlillər olub olmadığını yoxlayıblar və karbon-14 testləri vasitəsilə bəzi skeletlərin Malazgirt döyüşünün baş verdiyi XI əsrə aid olduğunu müəyyən ediblər.
Mənbə: Habertürk
Tərcümə etdi: Aygül Alıyeva
