Bu gün:

Vətəndaş müraciətlərinin statistikası paylaşılıb


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məlumatına istimad edərək 24media.az bildirir ki, Oktyabrın 16-dan 31-dək Elm və Təhsil Nazirliyinə və onun tabeliyindəki qurumlara ümumilikdə 31 722 vətəndaş müraciəti ünvanlanıb.


Bu müraciətlərin 20 322-si çağrı mərkəzləri, 4 090-ı elektron, 1 477-si isə yazılı formada daxil olub. Bundan əlavə, vətəndaş qəbulu zamanı 5 833 müraciət qeydə alınıb.


Müraciətlər əsasən şagirdlərin elektron yerdəyişməsi, eksternat imtahanları, məktəbəqədər təhsil müəssisələrinə qəbul, “Rəqəmsal məktəb” layihəsi və digər aktual məsələlərə dair olub.


Elm və Təhsil Nazirliyi bildirir ki, daxil olan müraciətlər operativ şəkildə araşdırılır və vətəndaşlara müvafiq qaydada cavablandırılır.

Rəna Qarayeva



Paylaş
Şərh əlavə et