Bu gün:

İngiltərədə inflyasiya azalarkən ABŞ-də süni intellekt ixtisarları artır


The Guardian qəzetinin məlumatına görə, İngiltərədə inflyasiya azalmağa davam edir. Bank bu gün faiz dərəcələrinin saxlanması ilə bağlı qərarını açıqlayaraq bildirib ki, İstehlak Qiymətləri İndeksi (CPI) üzrə inflyasiya artıq zirvəyə çatıb.

Rəsmi göstəricilərə əsasən, Böyük Britaniyada inflyasiya iyul, avqust və sentyabr aylarında 3,8% səviyyəsində sabit qalıb. Bank “dezinflyasiya prosesinin”, yəni qiymət artımlarının tədricən yavaşlamasının hələ də davam etdiyini vurğulayıb.

Yeni açıqlanan Pul Siyasəti Hesabatında bildirilir ki, inflyasiya gələn ilin əvvəlində 3%-ə enəcək və il ərzində 2%-lik hədəf səviyyəsinə yaxınlaşacaq.

Hesabatda qeyd olunur: “Pul siyasətinin məhdudlaşdırıcı mövqeyi dezinflyasiya prosesini dəstəkləməyə davam edir. Əməkhaqqı artımında və xidmət qiymətlərində yumşalma müşahidə olunur. İnflyasiyanın zəifləməsi aşağı iqtisadi artım və əmək bazarındakı durğunluqla əlaqəlidir".

Bank əvvəlki proqnozlarında inflyasiyanın sentyabr ayında 4%-ə yüksələcəyini bildirib, lakin son göstəricilər bu səviyyədən aşağı qaldığını göstərir.

Eyni zamanda ABŞ-də süni intellektin yayılması səbəbindən iş yerlərində ixtisarlar artmaqda davam edir. Analitiklərə görə, bir çox şirkətlər avtomatlaşdırılmış sistemlərə keçdiyi üçün texnologiya və ofis sahələrində insan resurslarına olan tələbat azalır.

Mənbə: The Guardian

Tərcümə etdi: Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et