Bu gün:

Braziliyalı bərbərin fotosu Hindistanda saxta seçki xəbərlərində yayılıb


Bu həftə braziliyalı bərbər Larissa Neri Hindistanda manşetlərə çıxıb. Onun fotosu guya seçki saxtakarlığı ilə bağlı yayılan xəbərlərdə geniş şəkildə paylaşılıb. 

Lakin qısa müddət sonra onun sosial şəbəkə hesabları bir anda məşhurlaşıb. İnsanlar onu İnstagram-da etiketləməyə və paylaşımlarda qeyd etməyə başlayıblar. 


“Elə bildim, məni kimləsə səhv salıblar", – deyə BBC-yə açıqlamasında bildirən Nesi əvvəlcə bunun sadəcə bir səhv və ya zarafat olduğunu düşünüb. 


Braziliyanın cənub-şərqindəki Minas Gerais əyalətinin paytaxtı Belo Horizonte şəhərində yaşayan Neri Hindistana heç vaxt getmədiyini deyib. O, baş verənləri anlamaq üçün Google-da axtarış aparıb və adının yanlış şəkildə istifadə olunduğunu öyrənib. 


Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova






Paylaş
Şərh əlavə et