Bu gün:

Zəfər Günü ilə əlaqədar xarici ölkə universitetlərində tədbirlər təşkil olunub


24media.az Azərtac-a istinadən bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bir sıra xarici ali təhsil müəssisələrində tədbirlər keçirib.BBMM-in təşkilati dəstəyi ilə Pakistanın Müsəlman İnstitutunda “Azərbaycan–Pakistan dostluğu: Zəfər Gününün beşinci ildönümü” mövzusunda seminar təşkil olunub. Tədbirdə Pakistanın keçmiş xarici işlər katibi Naela Çohan, İslamabad Xarici Xidmətlər Akademiyasının sabiq direktoru Taraq Vahid, Azərbaycanın İslamabaddakı səfirliyinin missiya rəhbərinin müavini Samir Əhmədli, admiral Seyid Faysal Əli Şah Hilal-e-İmtiaz və Pakistan Müsəlman İnstitutunun tədqiqatçısı Asif Tanvir çıxış ediblər.

Çıxışçılar qeyd ediblər ki, Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətləri dərin tarixi köklərə və ortaq mənəvi-mədəni dəyərlərə əsaslanır. Bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və vətənə sədaqətinə olan sarsılmaz inamın və milli birliyin təntənəsidir. Bu Qələbə Azərbaycan xalqının dövlətinə, ordusuna və ədalətli mövqeyinə inamının rəmzidir.

“Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Ərciyəz, Bolqarıstanın K. Ohridski adına Sofiya, Rumıniyanın Aleksandr İoan Kuza və Moldova Dövlət Pedaqoji universitetlərində də Zəfər Gününə həsr edilmiş seminarlar keçirilib.

Turqut Ansari

Paylaş
Şərh əlavə et