24media.az Azərtac-a istinadən bildirir ki, Bişkekdə Azərbaycanın tanınmış teatr xadimi, Əməkdar mədəniyyət İşçisi, şair, dramaturq, aktyor və rejissor İftixar Piriyevin yeni monoqrafiyalarının təqdimatı keçirilib.
AZƏRTAC Qırğızıstan Milli Yazıçılar Birliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə yazıçılar, alimlər, ictimai xadimlər və bu ölkədə fəaliyyət göstərən Azərbaycan, Tacikistan və Özbəkistan milli mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Çıxış edənlər İftixar Piriyevin yaradıcılığını və elmi fəaliyyətini yüksək qiymətləndiriblər.
Onun iki xalq arasında elmi-humanitar əlaqələrin inkişafına, eləcə də teatr tarixi və nəzəriyyəsinə əhəmiyyətli şəxsi töhfəsi qeyd edilib.
İ. Piriyevin “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” və “Qeyri-səlis məntiq və teatr” monoqrafiyaları dünya teatr sənətinə ümumiləşdirilmiş və yeni baxışın təzahürüdür.
Turqut Ansari
