ABŞ Özbəkistanla üç illik 35 milyard dollarlıq ticarət sazişi imzalayıb.

ABŞ prezidenti Donald Tramp özünün “Truth” sosial media platformasındakı paylaşımında Özbəkistanla ticarət-iqtisadi razılaşmanın əldə olunduğunu açıqlayıb. Razılaşma ilə bağlı həyəcanını ifadə edən Tramp: "Özbəkistan qarşıdakı üç il ərzində kritik minerallar, aerokosmik, avtomobil hissələri, infrastruktur, kənd təsərrüfatı, enerji və kimya, informasiya texnologiyaları və digər mühüm Amerika sektorlarına təxminən 35 milyard dollar satın alacaq və sərmayə qoyacaq. Önümüzdəki 10 il ərzində bu rəqəm 100 milyard dolları keçəcək,"-deyə bildirib.
Tramp Özbəkistan prezidenti Şavkat Mirziyayevə təşəkkür edib və əlavə edib ki, iki ölkə arasında uzun və məhsuldar əlaqələr qurmağı səbirsizliklə gözləyirlər.
Mənbə: Son dakika
Tərcümə etdi: Banuçiçək Qurbanova
