Bu gün:

2025-in iki nəhəng texnologiyası üz-üzə


2025-ci ilin smartfon bazarında ən çox danışılan iki cihaz texnologiya həvəskarlarını seçim qarşısında qoyub. Hər iki telefon güclü performans, keyfiyyətli kamera və uzun batareya ömrü ilə diqqət çəkir.

Galaxy S25 Ultra öz 6.9 düymlük Dynamic AMOLED ekranı ilə istifadəçiyə heyranedici görüntü təcrübəsi bəxş edir.
"S Pen" qələmi hələ də Galaxy seriyasının fərqləndirici xüsusiyyətidir – qeydlər aparmaq və şəkilləri işarələmək üçün idealdır. 5000 mAh batareya bir dəfə şarjla iki günə qədər enerji saxlayır. Dizayn baxımından sadə görünsə də, cihaz həm yüngül, həm də premium hiss yaradır.


iPhone 17 Pro Max isə bu il dizayn dəyişikliyi ilə fərqlənib. Apple sənaye üslubuna yaxın, MacBook Pro estetikası ilə oxşar bir görünüş yaradıb. Rəng seçimlərinin artırılması da istifadəçilər tərəfindən müsbət qarşılanıb. Cihazın A 19 Pro prosessoru oyun və gündəlik istifadə üçün yüksək performans təqdim edir. Lakin İOS sistemi hələ də bəzi problemlərlə üz-üzədir. Xüsusilə bildirişlərin idarə olunması və süni intellekt funksiyaları tam istənilən səviyyədə deyil.

Kamera sahəsində isə Apple yenə önə çıxır. Hərəkətli kadrlar zamanı iPhone daha sabit nəticə verir, video çəkiliş keyfiyyəti isə hələ də bazarda liderdir.

Ümumilikdə, hər iki cihaz öz sahəsində güclüdür. Galaxy S25 Ultra proqram təminatı və çoxfunksiyalılığı ilə, iPhone 17 Pro Maxisə dizayn və kamera üstünlüyü ilə fərqlənir. 2025-ci ildə seçim şəxsi zövqdən asılıdır – biri sabit və funksional, digəri zərif və yaradıcı bir təcrübə vəd edir.

Mənbə: ing.com

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et