ABŞ-də aparılan yeni araşdırmaya görə, süni intellektin (Sİ) tibbdə istifadəsi həkimlərin sənədləşmə və inzibati işlərdəki yükünü əhəmiyyətli dərəcədə azaldır.
Sutter Health tibb mərkəzinin hesabatında bildirilir ki, “ambient Al” adlanan bu sistemlər xəstənin müalicə prosesi zamanı səsli qeydləri avtomatik sənədləşdirir və həkimlərin vaxtına qənaət edir.
Mütəxəssislər hesab edirlər ki, bu texnologiya həm tibbi səhvləri azalda, həm də həkimlərin peşə yanmasını (burnout) qarşısını ala bilər. Araşdırmaya görə, artıq bir çox səhiyyə müəssisələri bu sistemləri sınaq mərhələsindən çıxarıb, gündəlik işə tətbiq etməyə başlayıb.
Mənbə: newsweek.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
