Bu gün:

İsrail Livana yeni hava hücumu təşkil edib


İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində bir nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Livan mediasının məlumatına görə, hücum İsrail ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib. Zərbə Tir şəhəri yaxınlığında, Tora və Abbasiya kəndləri arasındakı əraziyə endirilib. Hadisə yerinə dərhal tibbi yardım qrupları göndərilib.

Livan Səhiyyə Nazirliyi təsdiqləyib ki, hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İsrail ordusu açıqlama yayaraq, hücumun Hizbullah qruplaşmasının “infrastruktur hədəflərinə” yönəldiyini iddia edib.

Hadisə, atəşkəs çağırışlarının davam etdiyi bir vaxtda İsrailin Qəzzadakı bombardman kampaniyasını genişləndirərək Livan ərazisinə keçməsilə bölgədə gərginliyi daha da artırıb.

https://share.google/iLYahUYit7T4V43Lp

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et