Türkiyənin fındıq bazarında tarazlığı dəyişdirəcək mühüm bir qərar qəbul olunub. Rəqabət Qurumunun qərarına əsasən, dünya nəhəngi Ferrero-ya 2025-ci il üçün yeni öhdəliklər qoyulub. Qərara görə, Ferrero bu ilin sentyabr–dekabr dövründə ən azı 30 min ton qabıqlı fındıq almaq məcburiyyətində olacaq.
Qurum Ferrero-nun Türkiyə fındıq bazarındakı rəqabət problemlərinə dair narahatlıqlar səbəbindən tətbiq edilən öhdəliklərdə 2025-ci ilə xas dəyişiklik edib. Şirkətin hər il sentyabr–dekabr ayları arasında ən azı 45 min ton qabıqlı fındıq almaq öhdəliyi, həmin dövrdə müşahidə olunan məhsuldarlıq azalması və keyfiyyət problemləri səbəbilə yalnız 2025-ci il üçün yenidən nəzərdən keçirilib.
Beləliklə, Rəqabət Qurumu sözügedən alım öhdəliyinin miqdarını yalnız 2025-ci ilə aid olmaqla aşağı istiqamətdə yeniləyib. Bunun nəticəsində Ferrero 2025-ci ilin sentyabr–dekabr dövründə ən azı 30 min ton qabıqlı fındıq almaqla öhdəlik daşıyacaq.
Mənbə: Haber Global
Tərcümə etdi: Turqut Ansari
