Bu gün:

Google: Play Store xaricindən yüklənən Android tətbiqləri 50 dəfə daha risklidir


Texnologiya nəhəngi yeni təhlükəsizlik siyasəti ilə bütün tətbiq tərtibatçıları üçün kimlik təsdiqini məcburi edir. Yeni sistem 2027-ci ildən etibarən bütün dünyada qüvvəyə minəcək.



Google Android istifadəçilərini yaxından maraqlandıran yeni təhlükəsizlik hesabatını açıqlayıb. Şirkətin məlumatına görə, Google Play mağazası xaricindən yüklənən tətbiqlərdə zərərli proqram aşkarlanma ehtimalı 50 dəfə daha çoxdur.

Bu təhlükəyə qarşı Google “Android İnkişaf Doğrulaması” adını verdiyi yeni təhlükəsizlik siyasətini tətbiq etməyə başlayıb. Yeni sistemin məqsədi Android ekosistemində zərərli proqramlarla mübarizə aparmaq və istifadəçilərin təhlükəsizliyini gücləndirməkdir.

Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: Sözcü.com.tr

Paylaş
Şərh əlavə et