Sonuncu dəfə UEFA Çempionlar Liqasında "Ayaks"-ı 3:0 hesabı ilə məğlub edən "Qalatasaray"-ın baş məşqçisi Okan Buruk 13 il əvvəl Fatih Terim tərəfindən belə bir nailiyyət əldə edib.

"Qalatasaray" dünən axşam Çempionlar Liqasında səfərdə "Ayaks"-ı Osimhenin het-triki ilə 3:0 məğlub edib. Daha əvvəl Hollandiyaya qarşı avrokuboklarda keçirdiyi 7 səfər matçında qalib gələ bilməyən "Qalatasaray" (1M 6) bu uğursuz seriyaya son qoyub. "Sarı-qırmızılar" dünən Amsterdamda "Ayaks"-ı məğlub edərək, səfərdə səkkizinci qələbəsini qazanıb.
Dünən evdə "Qalatasaray"-a uduzan və son 7 Avropa matçında məğlub olan "Ayaks" klub tarixində ən uzun məğlubiyyət seriyasını yaşayır.
“Qalatasaray”-da çoxsaylı ilklərə imza atan menecer Okan Buruk “Liverpul” və “Bodo/Glimt”-ə qalib gəldikdən sonra “Ayaks”-ı məğlub edərək üç qələbə seriyasını təmin edib. Buruk 2012-ci ilin dekabrında Fatih Terimdən sonra "Qalatasaray"-da ardıcıl üç qələbə qazanan ilk menecer olub.
Mənbə: Hürriyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
