Bu gün:

FHN-in Gəncə Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib


24media.az Azərtac-a istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.Təlimdə FHN Gəncə Regional Mərkəzinin rəisi polkovnik Rövşən Nəbiyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası (FHK), icra hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tovuz bölməsinin əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, rayon FHK, mülki müdafiə idarəetmə orqan və dəstələrinin ehtimal olunan fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Turqut Ansari

Paylaş
Şərh əlavə et