Araşdırmalar göstərir ki, insanlar artıq süni intellekt tərəfindən yaradılan səslərlə real insan səslərini ayırd etməkdə çətinlik çəkiblər. “Deepfake” adlanan bu texnologiya insan səsini demək olar ki, tam təqlid edə bilib. Mütəxəssislər bunun həm sosial, həm də etik baxımdan ciddi nəticələrə yol aça biləcəyini bildiriblər.
Araşdırma zamanı iştirakçılara həm real, həm də süni intellektlə hazırlanmış səslər dinlədilib və onların fərqini tapmaları istənilib. Nəticədə kopyalanmış süni səslərin 58 faizi real insan səsi kimi qəbul olunub. Alimlər qeyd ediblər ki, bu səslər sadə proqramlarla və cəmi bir neçə dəqiqəlik səs yazısı vasitəsilə yaradılıb, bu isə texnologiyanın nə qədər əlçatan olduğunu göstərib. Tədqiqatçılar səslərin dələduzluq, saxta xəbərlər və ictimai manipulyasiya üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq ediblər. Eyni zamanda bu texnologiyanın təhsil, əlçatanlıq və ünsiyyət sahəsində faydalı imkanlar da yaratdığı vurğulanıb. Süni intellekt səsinin inkişafı həm təhlükə, həm də fürsət kimi qəbul olunub.
Mənbə: Nuvemmag.com
Tərcümə etdi: Fidan Mənsimova
