Bu gün:

ABŞ-nin 40 aeroportunda uçuşlar azaldılacaq


ABŞ-nin Nəqliyyat Katibi Şon Daffi bildirib ki, hökumət bağlanması davam etdiyi təqdirdə, ölkənin 40 əsas aeroportunda hava hərəkətinin həcmi 10% azaldılacaq.

Bu qərarın səbəbi kimi Federal Aviasiya İdarəsinin (FAİ) rəhbəri Brayan Bedford təyyarə hərəkətini idarə edən mütəxəssislərin yorğunluqla bağlı şikayətlərini göstərib. Daffi ilə birgə keçirilən mətbuat brifinqində Bedford qeyd edib: "Bu qərar da, hökumət bağlanması da, nəzarətçilərimizin bir aydır maaş almadan işləməsi də qeyri-adi vəziyyətdir".

Tarixdə ən uzun müddətli hökumət böhranı ərzində, nəzarətçilər maaşsız işləməyə məcbur olublar, bu isə onların bir qisminin xəstələnərək işdən çıxmasına və ya əlavə iş axtarmasına səbəb olub.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et