Yeni tədqiqatlara görə, kişi və qadın beyinlərində yüzlərlə gen fərqli işləyir və bu fərqlər Alzaymer və Parkinson kimi xəstəliklərin yaranmasına təsir edə bilər.
Oksford mərkəzli “La Trobe”Universitetindən professor Cenny Qrevsin sözlərinə görə, kişi (XY) və qadın (XX) fərdlərin beyinlərində gen aktivliyi əhəmiyyətli dərəcədə dəyişir.
2025-ci ildə dərc olunan bir araşdırmada, kişi beyinlərində 610, qadın beyinlərində isə 316 genin daha aktiv olduğu müəyyən edilib.
Tədqiqatçılar vurğulayırlar ki, bu fərqlər yalnız hormonlarla bağlı deyil, həm də birbaşa genetik təsirlərdən qaynaqlanır və bu proses dölün inkişafının çox erkən mərhələlərində başlayır.
Mənbə: TRT HABER
Tərcümə etdi: Şehrin Musayeva
