Rusiya Kinoloji Federasiyasının (RKF) prezidenti Vladimir Qolubev ev heyvanlarının məcburi qeydiyyatı ilə bağlı çıxış edib.

Onun sözlərinə görə, “ev heyvanlarının məcburi qeydiyyatı sivil heyvan sahibliyinə doğru atılmış mühüm addımdır və hər bir sahibin şəxsi məsuliyyətini artıracaq”.
RKF nümayəndələri bildiriblər ki, bu addım heyvan sahiblərinin məsuliyyət səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Bundan başqa, federasiya yetişdiricilərin fəaliyyətinin rəsmi qeydiyyata alınmasını da təklif edib. Mütəxəssislər düşünürlər ki, bu yanaşma Rusiyada itlərin məsuliyyətli şəkildə yetişdirilməsinə və saxlanmasına nəzarəti gücləndirəcək.
Federasiyanın digər təkliflərinə əhali arasında məsuliyyətli it sahibliyini təşviq edən təhsil və maarifləndirmə proqramlarının genişləndirilməsi də daxildir. RKF hesab edir ki, bu kompleks tədbirlər ölkədə ev heyvanlarının saxlanılmasına dair ümumi qayda və mədəniyyətin formalaşmasına töhfə verəcək.
Mənbə: kubnews.ru
Tərcümə etdi: Aysel Mehtizadə
