“Liverpul”un sağ cinah müdafiəçisi Konor Bredli “Real Madrid”ə qarşı oyunundakı çıxışına görə çoxlu təriflər alıb.

22 yaşlı futbolçu Vinisius Junioru oyunda tamamilə zərərsizləşdirib və komandasına ardıcıl ikinci “quru” oyun qazandırıb.
Matçdan sonra Bredli “Instagram”da “Bunu çox bəyəndim! Təşəkkürlər, Enfild” yazıb. Komanda yoldaşı Ceremi Frimpong “Kimisə kilidləməkdən danış" deyə şərh yazıb, Neko Uilyams isə sadəcə bir asma qıfıl emojisi qoyub.
Hamıya aydındır ki, kimdən danışırlar - Vinisiusdan.
Mənbə: BBC
Tərcümə etdi: Nazim Xeyrxəbərli
