Bu gün:

Əlcəzair və Azərbaycan arasında yeni saziş


Əlcəzair və Azərbaycan iqtisadi əməkdaşlığı gücləndirmək üçün birgə iqtisadi komissiya yaratmaq barədə razılığa gəliblər. Əlcəzair prezidenti Əbdülməcid Tebbune ilə görüşən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hər iki ölkənin investorlarını və müvafiq qurumlarını əhatə edəcək komissiyanın ildə ən azı bir dəfə görüşəcəyini açıqlayıb.Əlcəzair prezidentliyinin açıqlamasına görə, prezident Əbdülməcid Tebbune paytaxt Əlcəzairdəki Muradiye sarayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Görüşdən sonra Azərbaycan xarici işlər naziri Bayramov iki ölkə arasında birgə iqtisadi komissiyanın yaradılması ilə bağlı müqavilə imzalandığını açıqlayıb.

Komissiyanın effektiv fəaliyyətini vurğulayan Bayramov deyib: "Hər iki ölkənin investorları və müvafiq dövlət qurumları bu komissiyada iştirak edəcəklər. Komissiya ikitərəfli əməkdaşlığı qiymətləndirmək üçün ildə ən azı bir dəfə görüşəcək".

Bayramov bildirib ki, komissiyanın işinə tezliklə başlamaq üçün hər iki ölkənin nümayəndələri təyin olunacaq.

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) üzvləri olan Əlcəzair və Azərbaycan dünyanın aparıcı təbii qaz istehsalçıları arasında yer alıb.

Mənbə: CNN türk

Tərcümə etdi: Aygül Alıyeva


Paylaş
Şərh əlavə et