Fransanın tanınmış futbolçusu Desire Doue "Qızıl oğlan" mükafatına layiq görülüb.

Ötən mövsümdə Due PSJ ilə birlikdə Fransa çempionu, ölkə kubokunun sahibi və Çempionlar Liqasının qalibi olub.
O, həmçinin 2024/2025 mövsümündə turnirin ən yaxşı gənc futbolçusu seçilib.
Due PSJ-nin heyətində keçirdiyi 61 oyunda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. Futbolçu, həmçinin Paris-2024-ün gümüş, 2025 Millətlər Liqasının isə bürünc mükafatçısıdır.
Mənbə: BBC
Tərcümə etdi: Zeynəb Şahmarova
