Çempionlar liqasının 4-cü turunda İngiltərə nəhəngi Liverpul İspaniya nəhəngi Real Madridlə qarşılaşıb.
Liverpul 61-ci dəqiqədə Aleksis Mak Alisterin vurduğu qolla oyunu 1-0 hesabı ilə qazanıb.
Ardıcıl 2-ci qələbəsini alan Liverpul rəqibinin 3 oyunluq qalibiyyət seriyasına son qoyub.
İngiltərə təmsilçisi bu qələbə ilə xalını 9-a qaldırıb, Real Madrid isə 9 xalda qalıb.
Real Madriddə türk futbolçusu olan Arda Güler oyuna əsas heyətdə başlayıb və 81 dəqiqə meydanda olub.
Mənbə: TRT sports
Tərcümə etdi: Fəqan Nurullazadə
