24media.az Azərtac-a istinadən xəbər verir ki, LSEG maliyyə şirkətinin ilkin məlumatlarına əsasən, ABŞ oktyabr ayında rekord həddə – 10,1 milyon ton MTQ ixrac edib. Bu göstərici sentyabr ayında yenilənmiş 9,1 milyon tonluq həcmi üstələyib.
“Artıq dünyanın ən böyük LNG ixracatçısı olan ABŞ satış həcmini artırmaqda davam edir və 2025-ci ilin ilk dörd ayı üçün rekord göstərici əldə edib”, – “Reuters” yazır.
“Avropa Amerika mənşəli LNG üçün əsas bazar olaraq qalır. Ötən ay qitəyə 6,9 milyon ton, yaxud ümumi ixracın təxminən 69 faizi göndərilib. Müqayisə üçün, sentyabr ayında bu göstərici 6,22 milyon ton təşkil edib. Avropa qış mövsümü ərəfəsində anbarlarını doldurmağı davam etdirir”, – LSEG-in gəmi izləmə məlumatlarında qeyd olunur.
Turqut Ansari
