Bu gün:

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb


24media.az Azərtac-a istinadən bildirir ki, ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində yük təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.Federal Aviasiya Administrasiyasının məlumatına əsasən, təyyarə Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının Honolulu şəhərinə yola düşmək üçün havaya qalxıb.

UPS şirkətinə məxsus “McDonnell Douglas MD-11” tipli yük təyyarəsi Kentukki ştatının Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Luisvill Metro Polis İdarəsi qəzanı təsdiqləyib və hadisə nəticəsində xəsarət alanların olduğunu bildirib. Qəzanın başvermə səbəbləri və yaralıların vəziyyəti barədə təfərrüatlar dəqiqləşdirilir.

Turqut Ansari

Paylaş
Şərh əlavə et