Bu gün:

Böyük Britaniyada ev quşlarının qapalı şəraitdə saxlanılması məcburi oldu


24media.az Azərtac-a istinadən bildirir ki, Böyük Britaniya hökuməti quş qripinin yayılma sürətini azaltmaq məqsədilə çərşənbə axşamı yeni məcburi tədbir tətbiq edib. Qərara əsasən, ölkə ərazisində bütün ev quşları qapalı məkanlarda saxlanılmalıdır. Bu qayda cümə axşamından etibarən qüvvəyə minəcək və bütün Böyük Britaniya ərazisində keçərli olacaq.Quş qripi Avropada sürətlə yayılır. Son on il ərzində bir çox ölkələr xəstəliyin erkən yayılma hallarını qeydə alıb. Bu isə əvvəlki böhranların (on milyonlarla quşun məhv edilməsinə və ərzaq qiymətlərinin artmasına səbəb olmuş hadisələrin) təkrarlanması ilə bağlı narahatlıq doğurur.

“Reuters” yazır ki, oktyabrın 1-dən başlayan 2025–2026-cı illər mövsümündə Böyük Britaniyada indiyədək 23 yoluxma ocağı aşkarlanıb ki, onların da 19-u İngiltərənin payına düşür.

50-dən az quş saxlayan sahiblər bir halda bu yeni qərardan azad edilirlər. O da budur ki, bütün yumurta və quş məhsulları yalnız şəxsi istehlak üçün nəzərdə tutulsun.

Turqut Ansari

Paylaş
Şərh əlavə et