İspaniyanın nəhəng klubu "FC Barselona" 2025/26 mövsümünə hazırlıq çərçivəsində diqqətini defans xəttinə yönəldib. Klubun son məlumatına görə, katalonlar 25 yaşlı mərkəz müdafiəçisi Niko Şlotterbek-i 2026-cı mövsümdən heyətinə qatmaq planlarını irəli sürür.
Şlotterbek hazırda Borussiya Dortmund klubunda çıxış edir və klubdan bildirilənlərə görə, onun “baan alışı” ilə bağlı ilkin razılaşma əldə olunub.
Klub rəhbərliyi və baş məşqçi Hansi Flik bu transferi belə izah edirlər: “Niko’nun fiziki gücü, hava mübarizələrində üstünlüyü və yüksək səviyyədə təcrübəsi bizim müdafiə xəttimizi növbəti səviyyəyə daşıyacaq".
Hazırda "Barselona" La Liqa və Avropa səhnəsində rəqabət aparmaq üçün müdafiə strukturunu yenidən qurmaqdadır. Bu çərçivədə, gələn mövsüm üçün Schlotterbeck-in gəlişi komandanın stabilitesini təmin etmək məqsədi daşıyır. Öncədən yayılan hesabatlara görə, Andreas Kristensen-in zədələri və müqavilə vəziyyəti bu qərarda vacib rol oynayıb.
Mövsüm öncəsi hazırlıqlar davam edir və klub bu yay və qış transfer pəncərəsində başqa müdafiəçi axtarışlarını da nəzərdən keçirir. Bu transferin rəsmi olaraq təsdiqlənib-təqdim edilməyəcəyi yaxın günlərdə məlum olacaq.
Mənbə: BarcaBlaugranes, FCBarcelonaLatestNews
Tərcümə etdi: Fatimə Salmanlı
