Braziliyalı ulduz kifayət qədər oyun keçirilməməsi səbəbilə yanvar ayında komandadan ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, 19 yaşlı oyunçu may ayında aldığı zərbədən sonra meydana qayıtmağa çalışırdı, lakin tam sağalmasına baxmayaraq baş məşqçi Xabi Alanso hələ də onu heyətə cəlb etməyib.
Endrikin statusu Avropanın bir çox klublarının marağına səbəb olub. İspaniya mətbuatı xəbər verir ki, "Olimpik Lion" bu marağı təsdiqləyib və "Real Madrid"lə transfer danışıqlarına başlayıb. "Diario AS" xəbər verir ki, braziliyalı hücumçu yanvarda icarə əsasında "Lion"a yaşıl işıq yandırıb.
Buna baxmayaraq, ''Real Madrid'' rəhbərliyinin hələ transferlə bağlı yekun qərar vermədiyi bildirilir.
Mənbə: Reporteri.net
Tərcümə etdi: Zeynəb Şahmarova
