Çempionlar Liqasının dördüncü turunda “Barselona”nı Belçikada “Brügge”yə qarşı oyunda ümumilikdə 1300 azarkeş dəstəkləyəcək.

Onlardan 690-ı klub üzvü, 610-u isə rəsmi azarkeş klublarının nümayəndələridir.
Belçikadakı azarkeş klubları da güclü şəkildə təmsil olunacaq. 8 rəsmi klubdan 197 üzv tribunada olacaq. Onların arasında Gent “Barselona” Azarkeş Klubu, Liyej “Barselona” Azarkeş Klubu və Fanatik “Barselona” Klubu yer alır.
Bundan başqa, Ştutqart, Rozendal və Paris azarkeş klublarından da onlarla “Barselona” tərəfdarı Brüggedə komandaya dəstək verəcək.
Mənbə: FC Barcelona Website
Tərcümə etdi: Nazim Xeyrxəbərli
