Bu gün:

"Samsung Galaxy S26 Ultra" fevralda təqdim olunacaq


"Samsung"un növbəti "Galaxy Unpacked 2026" tədbiri 25 fevralda San-Fransiskoda keçiriləcək. Tədbirdə şirkət yeni Galaxy S26 Ultra modelini təqdim edəcək. Yeni modellərin satışa çıxması martın sonlarına planlaşdırılır. Təqdimat Mobil Dünya Konqresi başlamazdan bir həftə əvvəl baş tutacaq.  Samsungun tədbirdə əsas diqqəti süni intellekt texnologiyalarına yönəltməsi gözlənilir. Təqdimatda şirkətin Galaxy AI platforması və Google ilə əməkdaşlığı da vurğulanacaq. Mütəxəssislər Galaxy S26 Ultra ilə yanaşı S26 və S26+ modellərinin də nümayiş etdiriləcəyini bildiriblər.

Mənbə: Android Authority
Tərcümə etdi: Nərmin Məmmədzadə

  

Paylaş
Şərh əlavə et