ova
Bildirilir ki, NASA insanlı Ay missiyasını endirməyi hədəfləyən "Artemis III" proqramındakı gecikmələrdən sonra alternativ həll yolları axtarır.

NASA “Artemis III” missiyası çərçivəsində Aya astronavt göndərməyi hədəfləyir. Lakin layihənin bir hissəsi olan SpaceX-in “Starship” raketi ilə bağlı gecikmələr agentliyi yeni həll yolları axtarmağa məcbur edib.
Alternativ planların Blue Origin və Lockheed Martin kimi şirkətlərdən, həmçinin 2,9 milyard dollarlıq müqaviləsi olan SpaceX-dən tələb edildiyi bildirilib.
"Artemis III" missiyası 2027-ci ilin ortalarına planlaşdırılıb, lakin “Starship”-in sınaq uçuşları zamanı yaşanan nasazlıqlara görə təxirə salına bilər. SpaceX “Starship”-in "Artemis görməsinin əsasını təşkil edən, daimi Ay bazası və gələcək Mars missiyaları üçün təməl təmin edən bir sistem" olduğunu bildirib.
Mənbə: Habertürk
Tərcümə etdi: Banuçiçək Qurbanova
