Böyük Britaniyanın ən işlək dəmir yolu stansiyalarından biri olan Glasgow Central-da bazar ertəsi axşam saatlarında qeyri-adi hadisə baş verib. Pik saatında qatar xəttinə düşən bir qu quşu Şotlandiyada dəmir yolu hərəkətində böyük gecikmələrə və bəzi reyslərin ləğvinə səbəb olub.

Network Rail şirkətinin verdiyi məlumata görə, hadisə saat 17:49 radələrində baş verib. Şirkət bildirib ki, “Glasgow Central stansiyasının yuxarı səviyyəsində relslərin üzərində bir qu quşu aşkar edilib.
Xilasetmə qrupu hadisə yerinə göndərilib və saat 18:00-da Network Rail qu quşunun şəklini paylaşaraq, onu zarafatla “cinayətkar” adlandırıb. Qrupun “quşu təhlükəsiz şəkildə relslərdən uzaqlaşdırmaq üçün çalışdığı” qeyd olunub.
Saat 18:30-da ScotRail şirkəti quşun relslərdən çıxarıldığını açıqlayıb. Saat 21:42-də isə hadisə ilə bağlı yaranan bütün gecikmələrin aradan qalxdığı bildirilib.
ScotRail-in sosial media paylaşımında deyilir:
“Yaxşı xəbər: qu quşu xilas edilib və artıq dəmir yolundan təhlükəsiz məsafədədir. Bir qədər stres keçirib, amma vəziyyəti yaxşıdır”.
Şirkət sərnişinlərə səbir və anlayışlarına görə təşəkkür edib və xidmətlərin normal rejimə qayıtdığını bəyan edib.
Üç saat sonra yayılan son açıqlamada qeyd olunub ki, “Bu gün Glasgow Central stansiyasında heyvanların səbəb olduğu pozuntu artıq tam aradan qaldırılıb. Qatar xidmətləri tam bərpa olunub”.
Mənbə: SKY news
Tərcümə etdi: Aydan Xudayarova
