Bu gün:

Bakıda Venesiyanın ruhu haqqında nağıl danışılıb


24media.az Azərtac-a istinadən bildirir ki, Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində “Cirque du Soleil”, Olimpiya mərasimləri və aparıcı beynəlxalq teatrlar üçün quruluşların müəllifi, əfsanəvi rejissor Daniele Finzi Paskanın “TITIZÉ - A Venetian Dream” tamaşası nümayiş etdirilib.

Venesiyanın rəsmi şousuna çevrilən bu tamaşanın premyerası ötən ilin iyul ayında şəhərin ən qədim teatrlarından olan “Teatro Goldoni”də baş tutub. İtaliyanın aparıcı gündəlik qəzeti “La Repubblica”nın o vaxt yazdığı kimi: “Fellini filmini xatırladan sürreal bir obraz Venesiya və onun laqununun sehrini sözsüz çatdırır”.

Həqiqətən də, bu axşam sirk sehrbazlığı musiqili teatrın səhnəsini və auditoriyasını bütün əzəməti, atmosferi, poeziyası və orada yaşayan sirləri ilə Venesiyaya çevirdi.

Özünəməxsus Finzi Paska teatrı üslubunda danışılan hekayə klounada, akrobatika, fiziki teatr, sehrli işıq və canlı musiqidən “toxunulub”. Burada heç bir şey göründüyü kimi deyil.

Turqut Ansari

Paylaş
Şərh əlavə et