Bu gün:

Ukraynalı dənizçilər gizli İsveç bazasında təlim keçirlər


24media.az Azərtac-a istinadən bildirir ki, İsveçli təlimatçılar bu Skandinaviya ölkəsinin sahillərində gizli bir yerdə “Stridsbåt 90” tipli döyüş katerlərində ukraynalı dənizçilərə təlim keçirlər.Təlim proqramı artıq bir müddətdir davam edir, lakin bu barədə məlumat yalnız bu yaxınlarda ictimaiyyətə açıqlanıb. Bundan əlavə, əməliyyatın böyük hissəsi məxfi saxlanılır.

Bəzi ukraynalı iştirakçıların dənizdə təcrübəsi azdır və ya heç yoxdur, bu da təlimi xüsusilə vacib edir.

“Kimsə ən yaxşı halda ailə fermasında yalnız traktor sürüb”, - deyə İsveçə təlimə göndərilməzdən əvvəl Ukrayna Hərbi Dəniz Donanmasında xidmət etmiş hərbi qulluqçulardan biri bildirib.

Turqut Ansari

Paylaş
Şərh əlavə et