Bu gün:

Alimlər diabetin əsas səbəbini hədəf alan yeni müalicə yolu kəşf ediblər


24mediaz.az Azərtac-a istinadən bildirir ki, ABŞ-ın “Nyu Langone Health” mərkəzinin tədqiqatçıları diabetlə bağlı orqan və toxuma zədələnməsini azalda biləcək yeni bir dərman namizədi olan “RAGE406R” üzərində ümidverici nəticələr əldə ediblər.Aparılan siçan təcrübələri göstərib ki, yeni birləşmə diabetin səbəb olduğu hüceyrə zədələnməsini, iltihabı və yara sağalmasındakı ləngiməni azaldır. “RAGE406R” adlı birləşmə “RAGE” və “DIAPH1” adlı iki zülalın qarşılıqlı təsirini bloklayaraq zədələnmələrin qarşısını alır.

Tədqiqatın müəlliflərindən doktor Ann-mari Şmid bildirib ki, hazırda diabetin əsas səbəblərini aradan qaldıran heç bir dərman yoxdur: “RAGE406R yüksək qan şəkərini azaltmaqla deyil, “RAGE”in hüceyrədaxili fəaliyyətini bloklayaraq təsir göstərir”.

Turqut Ansari

Paylaş
Şərh əlavə et