Bu gün:

Türkiyə çempionatının qalmaqallı derbisi


Trendyol Super Liqasinin 11-ci turunda Türkiyənin məşhur futbol klubları "Beşiktaş" və "Fənərbaxça" arasında keçirilən oyunda video köməkçi hakimin (VAR) gözlənilməz qərarı azarkeşlərin ciddi narazılığına səbəb olub.

Matçın əvvəlində 2:0 hesabı ilə məğlub olan "Fənərbaxça" meydanda baş verən hadisələr fonunda 3:2 hesabı ilə meydandan qalib kimi ayrılıb. Qarşılaşmanın 5-ci dəqiqəsində "Beşiktaş" oyunçusu El Bilal Toure qol vuraraq hesabı açıb. 22-ci dəqiqədə Emirhan Topçunun atdığı qolla fərq 2-yə qalxıb. Lakin 26-cı dəqiqədə Orkun Kökçünün Alvarezə müdaxiləsindən sonra oyunçu hakimin sarı vərəqəsinə tuş gəlsə də, az sonra VAR-ın qərarı ilə oyunun bütün taleyi dəyişib. Qırmızı vərəqədən sonra 10 nəfərlə mübarizə aparmağa məcbur qalan "ağ-qaralar" taktikalarını dəyişərək müdafiəyə keçiblər. Qərarla razılaşmayan baş məşqçi Sergen Yalçın da qırmızı kart alaraq meydandan uzaqlaşdırılıb.

VAR-ın qərarı azarkeşlər tərəfindən də birmənalı qarşılanmayıb. Belə ki, matçın 30-cu dəqiqəsində "Fənərbaxça" oyunçusu Assensio tribunada əyləşən izləyicilərdən birinin atdığı yad cisimdən xəsarət alıb.

Qeyd edək ki, əldə etdiyi qələbədən sonra "Fənərbaxça" turnir cədvəlində 3 cü sıraya yüksəlib.

Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et