İsrail bazar günü Həmas tərəfindən Qırmızı Xaç vasitəsilə Qəzza zolağına cəsədlərini təhvil verdiyi üç ölən girovun şəxsiyyətini təsdiqləyib.

Baş nazirlikdən bildirilib ki, məhkəmə-tibbi ekspertiza qalıqların İsrail əsgərlərinə aid olduğunu müəyyən edib: 40 yaşlı polkovnik Asəf Hamami, 21 yaşlı kapitan Omen Neutra və 19 yaşlı serjant Oz Daniel. Həlak olan səkkiz israilli və əcnəbi girovun cəsədi Qəzzada qalıb.
Cəsədlər Qəzzadakı İsrail qüvvələrinə təhvil verilib, daha sonra səxsiyyətlərinin müəyyən edilməsi üçün Təl-Əvivdəki Milli Məhkəmə Ekspertizası Mərkəzinə aparılıb.
Bazar ertəsi səhər saatlarında İsrail baş nazirinin ofisi qalıqların Polkovnik Hamami, kapitan Neutra və serjant Danielə aid olduğunu təsdiqləyib.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
