Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində 5,8 maqnitudlu zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) məlumatına görə, yeraltı təkanlar 24 kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, 2025-ci il iyulun 29-da Kamçatka yarımadasında 8,8 maqnitudlu güclü zəlzələ olub. Həmin zəlzələdən sonra bölgədə bir sıra təkrar yeraltı təkanlar qeydə alınıb.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
