UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Ayaks” – “Qalatasaray” matçının hakimi artıq müəyyənləşib. Noyabrın 5-də Hollandiyanın paytaxtı Amsterdamda baş tutacaq bu qarşılaşmanı fransalı referi Benua (Benoit) Bastien idarə edəcək.
UEFA-nın rəsmi açıqlamasına əsasən, təcrübəli 41 yaşlı Bastien bu mühüm görüşdə baş hakim kimi fəaliyyət göstərəcək. O, uzun illərdir FİFA lisenziyalı hakim kimi tanınır və Çempionlar Liqası, Avropa Liqası, eləcə də AVRO-nun seçmə mərhələsində bir çox vacib oyunlarda ədaləti qoruyub.
Fransalı hakim daha əvvəl də Türkiyə klublarının iştirak etdiyi bir sıra qarşılaşmalarda idarəçilik edib və obyektiv qərarları ilə diqqət çəkib.
https://www.haberler.com/spor/ajax-galatasaray-macinin-hakemi-belli-oldu-19213888-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
