Fənərbaxçalı futbolçular Beşiktaş derbisi üçün bonus olaraq 1,2 milyon avro (58,25 milyon TL) almaq hüququ qazanıblar.

Beşiktaş matçından qalib ayrılan "Fənərbaxça" meydandakı uğuruna görə mükafatlandırılıb. Prezident Sadettin Saran oyunçulara 1,2 milyon avro (təxminən 58 milyon türk lirəsi) bonus paylayıb.
Super Liqanın 11-ci həftəsində "Beşiktaş"-ı 3:2 hesabı ilə məğlub edən "Fənərbaxça" həm mənəvi, həm də maddi dəstək qazanıb. Sadettin Saranın rəhbərliyi derbi qələbəsini xüsusi bonusla taçlandırmaq qərarına gəlib. "Sarı kanaryalar" 1,2 milyon avro (təxminən 58,25 milyon türk lirəsi) bonus alıblar.
Fənərbaxçanın son yüksəlişi həm Avropa, həm də liqa yarışlarında əhval-ruhiyyəni artırıb. Sadettin Saranın bonus jestinin komandanın motivasiyasını artırdığı bildirilir.
Beşiktaş matçındaki qələbəsi ilə liqada yüksələn “Fənərbaxça” qarşıdakı oyunlara “Viktoriya Plzen” (Avropa), “Kayserispor” və “Çaykur Rizespor”-la yüksək əhval-ruhiyyə ilə hazırlaşır. Komanda bu üç matçda da qalib gəlsə, Saran rəhbərliyinin daha bir bonus ödəyəcəyi bildirilir.
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
