Bu gün:

İsrail ordusunun keçmiş baş hüquqşünası həbs olunub


İsrail əsgərlərinin fələstinli bir məhbusa ağır işgəncə göstərdiyini iddia edən videonun sızması ölkədə siyasi qarşıdurmanı dərinləşdirib. Bu məsələ ilə bağlı İsrail ordusunun keçmiş baş hüquqşünası saxlanılıb.

İsrail ordusunun keçmiş baş hüquqşünası, general-mayor Yifat Tomer-Yeruşalmi ötən həftə İsrail Müdafiə Qüvvələrinin Hərbi Vəkillik Başçısı vəzifəsindən istefa verib. O, sızan video ilə bağlı tam məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Hadisə bazar günü daha da gərginləşib. Belə ki, Tomer-Yeruşalmi itkin düşmüş kimi xəbər verilib və polis onu Təl-Əvivin şimalındakı çimərlikdə saatlarla axtarıb.

Polis general-mayorun daha sonra sağ və salamat tapıldığını, lakin ardınca həbs olunduğunu bildirib.


Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et