“Beşiktaş” U-17 komandasının məşqçisi və keçmiş futbolçusu Hikmət Çapanoğlu üçün bu gün BJK Fulya Haqqı Yeten Təlim Mərkəzində və "Tüpraş" stadionunda vida mərasimi keçirilib.

Mərasimdə klub rəhbərliyi, məşqçilər, futbolçular və ailə üzvləri iştirak ediblər. “Beşiktaş” rəsmiləri çıxışlarında Çapanoğlunun kluba və gənclərə verdiyi töhfələri xatırladaraq ona rəhmət diləyiblər.
Mərhumun cənazəsi Sinanpaşa məscidində qılınan namazdan sonra Ortaköy qəbiristanlığında dəfn olunacaq.
Mənbə: Bjk.com.tr
Tərcümə etdi: Nazim Xeyrxəbərli
