Dünyanın aparıcı texnologiya sərgilərindən biri olan GITEX Global 13-17 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində texnologiya ekosistemini bir araya gətirib.
Dubay Dünya Ticarət Mərkəzində keçirilən GITEX Global süni intellektdən kvant hesablamalarına qədər gələcəyi formalaşdıracaq kritik texnologiyalara fokslanıb.
Bu il təşkil olunan yarmarkaya 180 ölkədən 6800-dən çox şirkət qatılıb. Qatılan şirkətlər arasında Google, Huawei, IBM və Microsoft kimi qlobal texnologiya nəhəngləri də yer alıb.
Böyük şirkətlərin 2000 startapa da ev sahibliyi etdiyi toplantıda bir çox dahilər çıxış ediblər. OpenAI-nin baş direktoru Sem Altman da toplantıya onlayn şəkildə qatılaraq süni intelekt texnologiyasındakı irəliləmələrlə bağlı qiymətləndirmələr edib.
Mənbə: HaberTürk
Tərcümə etdi: Aygül Alıyeva
https://www.haberturk.com/gitex-global-teknoloji-ekosistemini-dubai-de-bulusturdu-3831350-teknoloji?utm_source=whatsapp&utm_medium=articleshare&utm_campaign=website
