Bu gün:

ChatGPT-yə yeni məhdudiyyətlər


Milyonlarla istifadəçisi olan süni intellekt dəstəkli söhbət tətbiqi ChatGPT-yə yeni qaydalar gətirən tənzimləmə qüvvəyə minib. Artıq ChatGPT istifadəçilərə tibbi, hüquqi və ya maliyyə mövzularında birbaşa məsləhət verə bilməyəcək.

Süni intellektlə işləyən söhbət tətbiqi ChatGPT-yə məhdudiyyətlər qoyan yeni tənzimləmə 29 oktyabr tarixindən etibarən qüvvəyə minib. Yeni tənzimləmə süni intellekt alətinin “məsləhətçi” deyil, “tədris vasitəsi” kimi müəyyən edilməsini nəzərdə tutur. Bu anlayış dəyişikliyinin səbəbi isə böyük texnologiya şirkətlərinin məsuliyyət və məhkəmə riski daşımaq istəməməsidir.

Risk götürmək istəməyən böyük texnologiya şirkətləri tibb, hüquq və maliyyə sahələrinə aid suallara məhdudiyyət tətbiq edirlər. Artıq ChatGPT yalnız ümumi prinsipləri izah edəcək, nümunəvi mexanizmləri açıqlayacaq və istifadəçiləri həkim, vəkil və ya maliyyə müşavirinə yönləndirəcək.

Mənbə: haberglobal.com

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et