Bu gün:

“Beşiktaş”ın məşqçisi planların qırmızı vərəqədən sonra pozulduğunu deyib


Trendyol Super Liqasının 11-ci turunda “Fənərbaxça”ya 3–2 hesabı ilə məğlub olan “Beşiktaş”ın köməkçi məşqçisi Murat Qaytaz oyun sonrası açıqlama verib.

Qaytaz bildirib ki, Orxan Kökçü qırmızı vərəqə alana qədər komandanın planı uğurla irəliləyib: “Taktiki planlamamızda Sərgən Yalçının oyun düşüncəsini, üçüncü zona təşkilatlarını, top itirildikdə təzyiq edib yenidən qazanmağı və böyük ‘Beşiktaş’ oyununu geri gətirməyi əsas götürmüşdük. 26-cı dəqiqədən sonra qırmızı vərəqə epizodu oldu. Qərar doğrudur, amma 23-cü dəqiqədə Rəfa Silvaya qarşı edilən bir vəziyyət var idi. Bəlkə də VAR-dan baxılsaydı, qırmızıya çevriləcəkdi, lakin hakim bunu gözdən qaçırdı".


Məşqçi komandanın hazırda özünə inam itkisi yaşadığını da qeyd edib: “Futbolçular qol vuranda belə gərginlik hiss edirlər. Qol buraxanda da narahat olurlar. Bunu aradan qaldırmaq üçün toplantılar keçiririk. İkinci hissədə aqressiv oyunu artırdıq, amma fərdi səhvdən bir qol da buraxdıq. Bunu düzəldəcəyik. ‘Beşiktaş’a yaraşan oyun düşüncəsini oturtmaq üçün çalışırıq".


Qaytaz sonda azarkeşlərə səslənib: “Planlarımız yaxşı idi. Azarkeşlər uzun müddətdir ‘Beşiktaş’ın qaranlıq tərəfini yaşayır. Bunu dəyişib ağ tərəfini yaşatmaq istəyirik. Azarkeşlərimiz Sərgən Yalçına inanmağa davam etsinlər. Biz bunu onlara söz veririk".


O, həmçinin “Beşiktaş”ın uzun müddətdir keçid (kontratak) oyunu oynadığını və bu vərdişi dəyişməyə çalışdıqlarını vurğulayıb.


Mənbə: TRT sport

 Tərcümə etdi: Fəqan Nurullazadə





Paylaş
Şərh əlavə et